Qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib

Qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib

Lerik rayonunda qonşusunu bıçaqlayan Veri-Əliabad kənd orta məktəbinin direktoru intihar edib. SİA-nın məlumatına görə, Adil Rəhimovun meyiti qardaşı, şəhid Valeh Rəhimovun qəbrinin üstündə aşkarlanıb.

Veri-Əliabad kənd orta məktəbi intihar edən direktorun qardaşı Valeh Rəhimovun adını daşıyır.

Kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Seyid Qurbanov dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə