Abşeronda qəza ölən var

Abşeron rayonunda ağır yol qəzası baş verib, bir nəfər ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda "VAZ" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sərnişini aldığı bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:57-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə