Fransa polisi miqrantlara hücum etdi TƏCİLİ FOTO

Polis miqrantların düşərgələrini sökür
Fransa polisi miqrantlara hücum etdi TƏCİLİ  FOTO

Fransa Manş dənizi sahilindəki Kalais şəhərində yerləşən "Vəhşi meşə" (Canql) adlanan miqrant düşərgəsinin cənub hissəsini sökməyə başlayıb. SİA-nın "Fransa Press" agentliyinə istinadən verdiyi məlumata görə, Fransa polisi düşərgənin sökülməsinə mane olan miqrantlara gözyaşartıcı qazla hücum edib.

Düşərgənin sökülməsində 2 buldozer və 20 səlahiyyətli şəxs iştirak edir. Düşərgə polisin köməyi ilə sökülür.

Düşərgənin sökülməsinin qarşısını almağa çalışan miqrantlar polisə daş atıb. Polis miqrantlara gözyaşartıcı qazlarla müqavimət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə