Sərnişin avtobusu piyadanı vurdu FOTO

Sərnişin avtobusu piyadanı vurdu FOTO

Axşam saat 20:30 radələrində Gəncə şəhəri Şah İsmail Xətai prospektində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Gəncə sakini 31 yaşlı Ramin Rüstəmov idarə etdiyi "İsuzu" markalı avtobusla hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 68 yaşlı şəhər sakini Mustafa Mərdanovu vurub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı yaralının baş nahiyəsində xəsarətlər aşkarlanıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qəzanı törədən sürücü Ramin Rüstəmovun sözlərinə görə, piyada yolu keçərkən işıqfora məhəl qoymayıb. Piyadalar üçün nəzərdə tutulan işıqforda dayan işarəsi olsa da, Mərdanov tələsik yolu keçmək istəyib. Sürücü Ramin Rüstəmov qəza törətdiyi "İsuzu" markalı avtobusla şəhər daxili marşrutda 23 saylı xətt üzrə sərnişindaşıma ilə məşğul olur.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə