Terror təşkilatı İŞİD Dəyr Əz Zor şəhərinə hücum edib. SİA-nın verdiyi məlumata görə, hücüm zamanı çoxlu sayda sadə vətəndaş həyatını itirib.
Suriyanın dövlət televiziyasının yaydığı məlumata görə, terrorçular şəhərə ağır silahlarla hücum edib. Hücum nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər sadə vətəndaş həlak olub.
Qeyd edək ki, Suriyada atəşkəs elan ediləndən bir neçə saat sonra Hama vilayətinə də hücum edilib, nəticədə 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB