Əfqanıstanın paytaxtında partlayış baş verdi 9 ölü, 13 yaralı

Əfqanıstanın paytaxtında partlayış baş verdi 9 ölü, 13 yaralı

Fevralın 27-də Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. Ən son məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. SİA "RİA Novosti"ə istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin nümayəndəsi partlayışın polis məntəqəsinin qarşısında törədildiyini və hədəfin ölkənin Müdafiə Nazirliyinin əməkdaşları olduğunu bildirib.

Hələlik regionda fəaliyyət göstərən qruplaşmaların heç biri hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Xatırladaq ki, bu, gün ərzində Əfqanıstanda törədilmiş ikinci terror aktıdır. Bir qədər əvvəl Kunar əyalətinin Əsədabad şəhərində 11 nəfərin həyatına son qoyan partlayış qeydə alınmişdı.

Bütün xəbərlər Facebook səhifəmizdə