Qəza ölümlə nəticələndi

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da saat 06 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Tapdıq Allahverdiyev idarə etdiyi "Lada" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Azər İbrahimova məxsus "KamAZ" markalı avtomobilə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyev orada ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə