Qaradağ rayonunda xuliqanlıq etmiş şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini İlqar Qələmov xuliqanlıq zəminində həmyerliləri Vüqar Paşayevə məxsus dönərxananın və Əhəd Niyazova məxsus "Mersedes" markalı avtomobilin şüşələrini sındırıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov saxlanılıb, onun yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB