1 gündə 95 cinayət faktı 22 nəfər tutulub

1 gündə 95 cinayət faktı 22 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 22-i "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Bundan əlavə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 44 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə