Kosovo məclisində yeni prezidentin seçilməsi iləəlaqədar toplantı keçirilib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, xarici işlər naziri Həşim Tacinin prezident seçilməsinin əlehinə olan müxalifət təmsilçisi millət vəkilləri məclisdə qaz bombası partladıb.
Prezidentliyə namizəd olan Həşim Taci kürsüdə çıxış edərkən müxalifətçi millət vəkilləri qaz bombası partladaraq iclası boykot edib.
Bununla bağlı olaraq iclasda fasilə elan edilib. Daha sonra müxalifətçilər məclisin önündə prezident seçkilərinə etiraz edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB