6 ton ot bağlaması yanıb

Şəmkir və Tovuzda ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkirin Ələsgərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan tövlənin yanar konstruksiyaları 150 kv.m sahədə və çardağına yığılmış ümumi çəkisi 8 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Tovuz rayonunun Dondar Quşçu kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan talvarın altına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə