At arabasının altında qaldı həyatını itirdi

At arabasının altında qaldı həyatını itirdi

Ağdam rayonunun Baharlı kəndində bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, 16 yaşlı kənd sakini Məzahir Əliyev təsərrüfat sahəsinə gedərkən yolda at arabası aşıb.

Arabanın altında qalan yeniyetmə hadisə yerindəcə həyatını itirib. Uşağın meyiti tibbi müayinədən keçirilmək üçün Bərdə rayonuna gətirilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə