3 nəfər liftdə qaldı

Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qaldı. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, quruma Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 12:41-də başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə