Azyaşlıları evdə tək qoymayın!

Azyaşlıları evdə tək qoymayın!

Bakıda azyaşlı bağlı qapı arxasında qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil veriblər.

Əməliyyat saat 11:13-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə