55 min manatlıq inşaat materialları oğurlanıb

55 min manatlıq inşaat materialları oğurlanıb

Yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində "Xırdalan Süd" ASC-yə məxsus anbardan 55 min manat dəyərində inşaat materialları oğurlanıb.Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş oranın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayev saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə