Səbail və Nizamidə yanğın

Bakıda yanğın hadisələri qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Səbail rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 15 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Bakı şəhəri, Nizami rayonunda qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kafenin məişət əşyaları 23 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə