Külli miqdarda pul və qızıl oğurlandı
Ev qarət olundu

Bakıda polis quldurluq edən iki nəfəri saxlayıb. Saxlanılan gənclər marketə bıçaqla girib satıcını hədələyib ordan pul və siqaret götürüblər. Hadisə gecə saatlarında Yasamal rayonunda olub. Binəqədi rayonunda isə evdən külli miqdarda pul oğurlanıb. Müştəri kimi girib, cinayətkar kimi çıxıblar.

Hadisə gecə paytaxtın Yasamal rayonunda baş verib. Oktay Tahirov və Vüsal Abbaszadə müştəri kimi Hüseyn Cavid prospektindəki marketlərdən birinə giriblər. Ancaq başqa müştəri olmadığını görəndə satıcıya bıçaqla hədə-qorxu gəlib pul tələb ediblər. Zərərçəkmişin şikayəti ilə Yasamal polisi əvvəllər məhkum edilmiş Oktay Tahirov və Vüsal Abbaszadənş saxlayıb.

Onlar quldurluq yolu ilə kassadan götürdükləri pulu aralarında bölüblər. Tütün məmulatlarının bir qismini satıb qalanın isə özləri istifadə edib. Polis əməkdaşları onların bənzər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Faktla bağlı Yasamal Rayon polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Paytaxtın Binəqədi rayonunda isə mənzildən külli miqdarda pul oğurlanıb. Rəsulzadə qəsəbəsində Samirə Nəsirovanın Stroy detal küçəsi 6 ünvanındakı evi qarət edilib. Evdən 48 min manat pul və qızıl-zinət əşyası oğurlanıb. Zərərçəkmiş ifadəsində, əvvəllər evində kirayədə qaldığı ər arvaddan şübhələndiyini deyib. Faktla bağlı Binəqədi polisi araşdırma aparır. Hələki bu cinayətə görə saxlanılan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə