Gəncənin Kəpəz rayonunda dəhşətli qətl törədilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə fevralın 19-da baş verib. Şəhər sakini 43 yaşlı Mətanət Hüseynova 9 aylıq oğlu Elmir Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən Mətanət Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Hüseynova psixi xəstə olub.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB