Soyğunçu özünü bıçaqladı

Bakıda soyğunçu özünü bıçaqlayıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevralın 17-də Şirvan şəhərində şəhər sakini Günel Ağayevanın 230 manatını soyğunçuluq yolu ilə alan həmyerlisi, əvvəllər məhkum olunan Pərviz Muradov fevralın 19-da polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə bıçaqla özünə qarın nahiyəsindən daxilə nüfuz etməyən xəsarət yetirib.

P.Muradov xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə