Mənzildən meyit tapıldı Gəncədə

Mənzildən meyit tapıldı Gəncədə

Gəncədə mənzildən meyit tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-in Gəncə regional mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açıb və 1941-ci il təvəllüdlü Səfərov Yusif Məhi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə