Dəm qazı can aldı

Dəm qazı daha bir can aldı. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevralın 18-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Bayram Məhərrəmov dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, B. Məhərrəmov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə