Mingəçevir şəhərində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına (FHN) istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 15:08-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB