1 gündə 3 qəza 1 ölü, 5 yaralı

1 gündə 3 qəza 1 ölü, 5 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 47-i "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Bundan əlavə, Respublikanın avtomobil yollarında bir gündə 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 64 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə