Baş verən qəzada 8 nəfər xəsarət aldı FOTOLAR

Baş verən qəzada 8 nəfər xəsarət aldı FOTOLAR

Göygöldə yol qəzası qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gecə saat 00:10 radələrində rayon mərkəzində baş verib. "Hyundai Sonata" markalı avtomobillə "VAZ 2107" nin toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Araz Tanrıverdiyev, Taleh Səmədzadə, Rüfət Həsənov, Şaiq Əhmədov, Qədim Abdıyev, Bilman Abdıyev, Sahib Quliyev, Sənan Məcidov dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Qədim Abdıyev və Sahib Quliyevin vəziyyəti ağır olduğundan ixtisaslaşmış tibb ocağına göndəriliblər. Digər yaralıların müayinə və müalicəsi Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir. İlkin ehtimala görə, hadisəyə dumanlı hava şəraiti səbəb olub. Düzgün sürət seçməyən sükan sahibləri qəza törədiblər.

Qeyd edək ki, faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə