İtkin düşən uşaqlar tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevralın 17-də saat 17 radələrində Bakı şəhər sakinləri, 12 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev paytaxtın Nizami rayonu ərazisindəki 32 saylı orta məktəbdən çıxaraq itkin düşüblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tapılaraq ailələrinə təhvil veriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB