Bakıda taxta sexi yandı

Bakının Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan taxta sexinin yanar konstruksiyaları 300 kv.m sahədə və ona bitişik ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 2 evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evlərin və sexin qalan hissələri, yaxınlaqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 10:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə