Hacıqabul rayonu və Bakı şəhər sakinlərindən odlu silah götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Abbasovdan "AK" markalı avtomat, patron darağı və 12 ədəd patron, Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Soltanovdan 1 kiloqram 310 qram heroin aşkar edilib.
Hər bir faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB