Bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində yol polisi avtomobilinə yaxınlaşan bir şəxs əlindəki çəkiclə avtomobilə ziyan vurmağa başlayıb. O, maşına bir neçə zərbə endirib maşını yararsız hala saldıqdan sonra polis əməkdaşları onu zərərsizləşdirə biliblər.
Əlindəki çəkiclə yol polisi avtomobilinin yan güzgüsünü sındırır. Sonra əlindəki çəkici İ-partul sisteminə vurur. Daha sonra çəkiclə maşının arxa stoplarını sındırır.
Bununla da kifayətlənmir və avtomobilin üstünə çıxır. Görüntülər bu gün paytaxtın Nərimanov rayonu ərazisində Gülayə Qədirbəyova küçəsində lentə alınıb. Bir nəfər əlindəki çəkiclə 99-YP-423 nömrə nişanlı yol polisi avtomobilinə ziyan vurub.
Kadrlarda hadisə zamanı bir polis əməkdaşının maşının yanında olduğu görünür. Daha sonra əraziyə bir neçə polis gəlir və avtomobilə ziyan vuran şəxs saxlanılır.
Bakı Şəhər yol polis idarəsinin sözçüsü Vaqif Əsədov Xəzər Xəbərə açıqlamasında bildirib ki, bu hadisəni törədən şəxs, 42 yaşlı Şahin Bəylərov sürücü olmayıb. Polislər bir sürücünü qayda pozuntusu törətdiyinə görə saxlayıb pratakol tərtib edərkən o, piyada kimi əraziyə yaxınlaşıb və sərxoş olub. Hadisəni nəyə görə törətdiyini isə o, özünə gələndən sonra bildirəcək.
Faktla bağlı Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB