Ankaradakı partlayışdan son görüntülər Foto

Ankaradakı partlayışdan son görüntülər Foto

Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib. SİA-nın məlumatına görə, partlayış Türkiyə Böyük Millət Məclisinin yaxınlığında olub. Ankaranın meri Məhmət Kılıçların sözlərinə görə, partlayışda 5 nəfərin həlak olub, 10 nəfər isə yaralanıb.

Hazırda əraziyə 20 təcili yardım, xilasetmə vasitələri və polis qrupları cəlb olunub.

Türkiyənin Radio-Televiziya Şurası (RTÜK) mətbuata bu hadisələri işıqlandırmağa qadağa qoyub.

İddialara görə, hücum iki bomba vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, yaralıların 10-dan çox olma ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə