25 yaşlı qızı yolun ortasında döydülər DƏHŞƏT

25 yaşlı qızı yolun ortasında döydülər DƏHŞƏT

Gəncədə 25 yaşlı qız tanımadığı şəxslər tərəfindən döyülərək xəstəxanalıq olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin "Sovxoz Nizami" adlandırılan ərazisində baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən Afaq Şəmməliyevaya sifətinin sol hissəsinin, çənəsinin əzniyi, sol qoltuq altının və sol döş vəzinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat olunub. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Afaq Şəmməliyevanın sözlərinə görə, o, yol ilə gedərkən naməlum avtomobilin yanında dayandığını görüb. Maşından düşən şəxslər qıza zorakılıq tətbiq ediblər.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə