Nərimanov rayonunda mənzildə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında kondisioner, televizor yanıb və otağın döşəməsi 1 kv.m sahədə qarsalanıb.
Hadisə yerinə dərhal FHN qüvvələri cəlb olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB