10 gün əvvəl çobana bəhanə ilə yaxınlaşaraq mal-qaranı oğurlamaq üçün hərəkətə keçiblər. Hadisə Ağstafa rayonunun "Ceyrançöl" adlanan ərazisində İsrafil Abdullayev və Maqsud Əliyevə məxsus fermada baş verib. Çobanlar havanın yenicə qaraldığı vaxt səs-küyə gəlsələr də gözlənilməz halla qarşılaşıblar. Onlara silahın tuşlandığını görüblər.
Silahlılar çobanları silahla hədələyərək onları otaqlardan birinə salıb qapını baglayıblar, iribuynuzlu heyvanları aparıblar.
Qazax rayon sakinləri olan fermerlər 12 ildir ki, heyvandarlıqla məşğul olduqlarını ilk dəfədir belə müəammalı oğurluqla rastlaşdıqlarını bildirdilər. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb. Hələ ki, oğruları müəyyənləşdirmək mümükün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB