Bir nəfər dənizdə batdı

Sumqayıtda bir nəfər dənizdə batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə