Avtomobillərin "qənim"i tutuldu

Avtombillərdən oğurluq edən şəxs tutulıub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi CAŞ, TŞX və 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Əli Allahverdiyev tutulub. Müəyyən edilib ki, o, fevralın 8-də "Binə" ticarət mərkəzinin yaxınlığında Təranə Aslanovaya məxsus "BMW" markalı avtomobildən, şüşəni sındırmaqla içərisində 100 manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və sənədlər olan əl çantasını, fevralın 12-də Arif Kərimova məxsus "Mercedes" markalı avtomobildən 80 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon və fevralın 13-də Pərvanə Eynəliyevaya məxsus "Nissan" markalı avtomobildən isə planşet, 1200 manat və 100 ABŞ dolları oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə