Mağazadan oğurluq edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 12-nə keçən gecə, C.Kərimov küçəsində Elşən Rəfiyevə məxsus mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Faiq Mikayılov, 1985-ci il təvəllüdlü Namiq Qurbanov, 1991-ci il təvəllüdlü Anar Kərimov, Sumqayıt şəhər sakinləri - 1988-ci il təvəllüdlü Telman Əhmədov, 1990-cı il təvəllüdlü Nizami Bayramov, 1991-ci il təvəllüdlü Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulub. Müəyyən edilib ki, onlar fevralın 12-nə keçən gecə Zığ yolu küçəsində Şahmalı Əlizadəyə məxsus mağazadan, qapını sındırmaqla 740 manat, planşet və ərzaq malları oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB