Bakıda civə həyəcanı

Bakıda termometr sınıb, daxilindəki civə ətrafa dağılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənən ərazi demerkurizasiya edilib. Əməliyyat saat 10:30-da başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə