Gəncədə 62 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə şəhərin Tekstilni 32 ünvanındakı yataqxanalardan birində qeydə alınıb. Həmin ünvanda yaşayan şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədəninin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanayna gətirilib.
Dərhal ilkin tibbi yardım göstərilən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin başvermə səbəbləri barədə Gəncə Şəhəri Nizami rayon Polis İdarəsindən bildirdilər ki, 62 yaşlı Gülnar Şabanova yemək bişirmək üçün qaz balonunu açmaq istəyərkən balonun partlaması nəticəsində xəstəxanalıq olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bir müddət əvvəl Bərdə rayonunda da qaz balonu partlayıb. Partlayış nəticəsində qaz balonunun olduğu mənzildə yanğın baş verib. Hadisə zamanı bir azyaşlı və qadın olmaqla iki nəfər dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB