Sabirabadda qətl hadisəsi baş verib

Sabirabadda qətl hadisəsi baş verib

Sabirabad rayonunda qətl hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fevralın 12-də Sabirabad şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Raqif İsmayılov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardığı tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə