Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək səkiyə cırpılıb
Bakı – Qazax şossesinin 479-cu kilometrliyində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin saytına istinadən SİA-nın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Məlumatda bildirilir ki, qəza zamanı "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə cırpılıb. Hadisə yerinə dərhal yanğınsöndürən-xilasedicilər cəlb olunub.
Xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun cəsədini və müxtəlif bədən xəsarətləri almış digər sərnişini avtomobildən cıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 00:09-da başa çatmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB