İki nəfər dəm qazından boğuldu TƏFƏRRÜAT

İki nəfər dəm qazından boğuldu TƏFƏRRÜAT

Qusarda iki nəfər dəm qazından boğularaq ölüb. Hadisənin bəzi təfərrüatları da məlum olub. Hadisə hələ tam istifadəyə verilməmiş evdə baş verib.

Hadisə Qusarda Hil kəndində olub. Səhər saat 9 radələrində Hil kəndində yeni tikilmiş, amma daimi yaşayış olmayan evin hamamında ev sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimovanın meyitləri tapılıb. Oğlanın Bakıda yaşayan valideynləri övladlarının gecə evə gəlmədiyini görüb qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında iki nəfərin meyitini görərək dərhal polisə xəbər verib. Hadisə yerinə təcili yardım da çağırılıb.

Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcısının hava borusuna kağız qoyub ki, içəriyə nəsə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə