Şamaxı rayonunda zavodda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonunda 1200 kv.m açıq sahədə qamışlıq yanı və yaxınlıqda yerləşən hal-hazırda fəaliyyət göstərməyən "Elektrik məişət avadanlıqları" zavodunun ərazisində ümumi sahəsi 210 kv.m olan köməkçi tikilinin alkopandan ibarət üzlüyü 16 kv.m sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB