Bakıda silahlı dəstə üzvləri tutuldu

Bakıda silahlı dəstə üzvləri tutuldu

Daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində uğurlu əməliyyat keçirib. Məlumat əsasında hərəkətə keçən polis odlu silah-sursatın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərini zərərsizləşdirib. Bakıda silah satmaq istəyən cinayətkar dəstə ifşa edilib.

Məlumat əsasında Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Cavid Hacıyev ''Makarov'' markalı tapançanı 8 ədəd patronu olan sandıqçası ilə birlikdə 2300 manata satmaq istəyən zaman tutulub.

Cavid Hacıyevin ətrafında aparılan araşdırmaların davamı olaraq cinayətkar dəstənin digər üzvü, Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov da tutulub. Araşdırmalarla müəyyən edilib ki, Samir Məmmədov həmin silah-sursatı bu ilin fevral ayının 5-də ''Niko'' ləqəbli Gürcüstan vətəndaşından götürərək Cavid Hacıyevə çatdırıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətkar dəstənin daha iki üzvü - Qazax rayon sakinləri, əvvəllər məhkum olunmuş Tural Haqverdiyev və Raqif Hacıyev də müəyyən edilərək saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə