3 avtomobildən oğurluq edən şəxs saxlanılıb

3 avtomobildən oğurluq edən şəxs saxlanılıb

3 avtomobildən oğurluq edən şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, cari il yanvar ayının 10-dan fevral ayının10-dək olan müddətdə Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki dayanacaqlardan birindən BMC markalı 3 avtomobildən akkumulyator oğurlanıb. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Amid Babayev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə