Bakıda iki ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyindən (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 64 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Digər hadisə Bakının Sabunçu rayonunda baş verib. Belə ki, da ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB