Heç sizdən kiminsə telefonuna "filan kampaniyada hədiyyə qazanmısınız" məzmunlu zəng gəlibmi? İlk baxışdan belə zənglərdə qeyri-adi nəsə yoxdur. Ancaq paytaxtın Binəqədi rayonunda baş verən soyğunçuluq hadisəsi bunun əksini deməyə əsas verir. Peşman olmadığını deyən bu şəxs soyğunçuluq etdiyi üçün saxlanılıb.
Əməliyyatı Ağdam polisi keçirib. Bakı şəhər sakini Vüsalə Babayeva tanımadığı şəxs tərəfindən soyğunçuluğa məruz qalması barədə Binəqədi rayon Polis Şöbəsinə müraciət edib. Ərizədə bildirilib ki, tanımadığı şəxs ona zəng edərək uduşlu oyunda hədiyyə qazandığını deyib və uduş zamanı qazanılan hədiyyənin alınması üçün yer təyin edilib. Vüsalə Babayeva görüşün təyin edildiyi yerə gəldikdə isə həmin şəxs onun pulunu və mobil telefonunu əlindən alaraq qaçıb. Aparılan araşdırmalar zamanı soyğunçuluğu törədən şəxsin Ağdamın Mirəşelli kənd sakini Razi Məmmədov olduğu müəyyənləşib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin başqa cinayətlərdə də əlinin olub-olmadığı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB