Hərbçilər minaya düşdü 1 ölü, 2 yaralı

Hərbçilər minaya düşdü 1 ölü, 2 yaralı

Donetsk aeroportunun yaxınlığında Ukrayna ordusunun 3 hərbçisi minaya düşüb. SİA-nın Rusiyanın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 hərbçi ölüb, digər 2-si isə yaralanıb.

Yaralıların həyatının təhlükədə olmadığı bildirilib. Yaralı hərbçilərin Dnepropetrovsk şəhərində yerləşən hərbi hospitala yerləşdirildikləri məlumat verilib. Hələ ki, hadisənin təfərrüatları haqqında tam informasiya mövcud deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə