Sürücü piyadanı vurdu və hadisə yerindən qaçdı

Sürücü piyadanı vurdu və hadisə yerindən qaçdı

Şəmkir rayonunun Bayramlı kəndində yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon Polis Şöbəsindən verilən məlumata görə, kənd sakini 41 yaşlı Cəmilə Ələsgərova yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Cəmilə Ələsgərovanı vuran sürücü isə hadisə yerindən qaçıb. Sürücünün tapılması istiqamətində axtarışlar aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə