Bakıda və Şəkidə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 2 otaqdan ibarət ofisin 1 otağının döşəməsi 0,5 kv.m sahədə yanıb.
Ofisin qalan hissəsi yanğından mühafizə olunub.
Şəki rayonu, Aşağı Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 15 ton ot bağlamasının 10 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB