Qətər və Ərəbistan vətəndaşları Azərbaycanda kanala düşdülər

Qətər və Ərəbistan vətəndaşları Azərbaycanda kanala düşdülər

İcarəyə götürdüyü avtomobillə kanala düşdü. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevralın 8-də saat 20 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü "Toyota" markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb. Nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə