Bakıda vaqonda yanğın olub

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan metrostansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə